SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib.
Lent.az xəbər verir ki, aksiyaya ümumilikdə 20-yə yaxın sakin qatılıb ki, bunlardan da 16 nəfəri qaz təchizatı ilə bağlı müraciətlərini ünvanlayıb.
Müraciətlərdən 5-i Ağköynək və Qarapapaq kənd sakinlərinə məxsus olub. Onlar qaz sayğacının yerinin dəyişdirilməsini istəyiblər. Digər müraciətlərə gəlincə, yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı 5, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi ilə bağlı isə 4 istək yer alıb.
Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.