Qaz təchizatı ilə bağlı problem yaransa,  BURA ZƏNG EDİN 
07 aprel 2023 14:46 (UTC +04:00)

Qaz təchizatı ilə bağlı problem yaransa, BURA ZƏNG EDİN 

“Aprelin 8-də SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı Mərkəzinə zəng etmək mümkün olmayacaq. Profilaktik işlərdən irəli gələn 1 sutkalıq fasilə ərzində abonentlərdən xahiş edirik ki, bu nömrələrə zəng etməsinlər”.

Lent.az xəbər verir ki, bunu birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında jurnalistlərə açıqlamasında bildirib.

O, abonentlərin qaz təchizatında üzləşdiyi problemləri qurumun rəsmi saytı olan azeriqaz.az-a daxil olmaqla və ya (077) 3 104 104 “Whatsapp” nömrəsinə yazmaqla həllinə nail ola biləcəklərini vurğulayıb.

Tədbirdə çıxış edən Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə ilin ilk rübü ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. O, şöbəyə 3 ay ərzində 3442 müraciətin daxil olduğunu bildirib. Şöbə rəisinin sözlərinə görə bu rəqəm ötən ilin analoji dövri ilə müqayisədə azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Fidan İlqar

Oxşar yazılar