Qaz sayğacının dişli çarxını sıradan çıxaran qonşular-VİDEO
23 aprel 2023 11:10 (UTC +04:00)

Qaz sayğacının dişli çarxını sıradan çıxaran qonşular-VİDEO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərini təkcə qonşuluq əlaqələri birləşdirmir.

SOCAR “Azəriqaz” İB-dən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbə sakinlərinin ortaq cəhəti həm də qaz sayğacına edilən qanunsuz müdaxilədir. Necə? Elə SOCAR “Azəriqaz” İB-nin işçi qrupunun aşkar etdiyi müdaxilə kimi.

Kənar müdaxiləyə məruz qalan hər 2 fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirildi. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirildi və qanunsuz kənar müdaxilə halı təsdiq olundu.

Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Fidan İlqar

Oxşar yazılar