Post-müharibə dövrünün Azərbaycanı:  Qarabağın bərpası, böyük sərmayələr, onminlərlə iş yeri
20 yanvar 2021 13:30 (UTC +04:00)

Post-müharibə dövrünün Azərbaycanı: Qarabağın bərpası, böyük sərmayələr, onminlərlə iş yeri

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 günlük müharibəni zəfərlə başa vurdu. İşğala son qoyuldu. İndi пost-müharibə dövrünün əsas məsələləri müharibənin acı nəticələrini aradan qaldırmaq və eyni zamanda şəhid və yaralı əsgər ailələrinin sosial təminatını həll etməkdir. Təbii ki, işğal olunmuş ərazilərin bərpası zamanla həllini tapacaq – ilkin mərhələdə dağıdılmış infrastrukturun bərpası, dövlət qurumlarının ərazidə oturuşması vacibdir. Artıq prosesə start verilib – Füzuli-Şuşa yolu, aeroport tikilir, dəmir yol xətləri bərpa edilir. Yerli və xarici investorları cəlb etməklə regionu yaxın illərdə yaşayışa tam yararlı vəziyyətə gətirmək və məcburi köçkünlərin ora qayıdışını təmin etmək mümkün olacaq olar.

Əslində, Azərbaycan dövlətinin maliyyə resursları da buna adekvatdır. Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-ə 49 milyard 780 milyon ABŞ dolları təşkil edib. Bunun 87%-i və yaxud 43 milyard 288,6 milyon dolları Dövlət Neft Fondunun, 13%-i və yaxud 6 milyard 491,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşüb. Bir tərəfdən bu vəsaitlərin bir qismi, o biri tərəfdənsə, yerli və xarici investorların sərmayələri hesabına bu işlər görülə bilər və görüləcək də.

                                               

Qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. İki gün əvvəl Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirlərdə iştirak edib. “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq. Dövlətimizin başçısı müəssisənin təməlini qoyub. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq.

 

İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Cənab Prezident İlham Əliyev zavodun təməlini qoyub. Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır. “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur. Dövlətimizin başçısı zavodu işə salıb. Məlumat verildi ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Hazırda dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.

Və bu, hələ başlanğıcdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar