25 sentyabr 2024-cü il - HONOR beynəlxalq texnologiya brendinin Avrasiya bölməsi, Avrasiya regionunun adət-ənənələrini, sənətkarlıq nümunələrini, mədəni irsini və unikal peşələrini qoruyan insanlara həsr olunmuş rəqəmsal sərginin açılışını, habelə mobil portret fotoşəkil müsabiqəsinə start verildiyini elan etmişdir.
Portret sərgisi mobil fotoşəkil anlayışını ildən ilə genişləndirən, kreativ ideyaların çəkilişi və reallaşdırılması üçün tamamilə yeni imkanlar təklif edən HONOR smartfonlarının nömrələnmiş seriyasından ilhamlanmışdır. Belə ki, 2024-cü ildə HONOR 200 | 200 Pro məhsulları əfsanəvi Paris fotoşəkil studiyası Harcourt ilə birgə ərsəyə gətirilmiş unikal portret rejimi ilə təchiz edilmişdir. Bu rejimin əsasını təşkil edən süni zəka texnologiyaları fotostudiyanın məşhur olduğu yüzlərlə tanınmış simaların portretləri üzərində öyrədilir. Xüsusi alqoritmlər çəkiliş parametrlərini optimallaşdırır və unikal Harcourt üslubunu və işıq-kölgə təsvirini yenidən yaratmaq üçün, fotoşəkili doqquz mərhələdə emal edir. Burada istifadəçilər üçün üç rəng profili mövcuddur ki, bunlardan gündəlik çəkiliş üçün nəzərdə tutulmuş zəngin Harcourt Vibrant, vintaj fotoşəkillər üçün Harcourt Color və qara-ağ təsvirlərin əldə edilməsi üçün Harcourt Classic rejimlərini qeyd etmək olar.
HONOR Eurasia PortrAIts qəhrəmanları HONOR 200 Pro obyektivində
HONOR Eurasia PortrAIts layihəsinin çəkilişlərində Oleq Zotov, Aleksey Sulima, Kasya Palasatka və digər məşhur fotoqraflar iştirak ediblər. HONOR 200 Pro ilə birlikdə onlar smartfon kamerası vasitəçiliyi ilə adət-ənənələri, sənətkarlıq nümunələrini, mədəni irsi və unikal peşələri qoruyub, saxlayan insanlar haqqında ruhlandırıcı vizual hekayələr danışmaq üçün regionun müxtəlif bölgələrinə səfər ediblər. Belə ki, layihəyə aid saytda artıq Dağıstanlı dəmirçi qadın, Kubaçi gümüş ustası, saman toxuması və Belarusiya şüşə rəngkarlığının dirçəlişi haqqında məlumat əldə edə bilərsiniz. Həmçinin, layihə çərçivəsində Uzaq Şərq, Ural, Altay, Kalininqrad, Yakutiya, Özbəkistan, Azərbaycan, Qazaxıstanı əhatə edən səyahət hekayələri də nəzərdə tutulub.
HONOR Eurasia PortrAIts Müsabiqəsi
HONOR Eurasia PortrAIts hər kəsi layihə fotoqraflarının hekayələrini öz fotoşəkilləri ilə tamamlamağa və 26 sentyabr 2024-cü il - 31 oktyabr 2024-cü il tarixləri arasında keçiriləcək mobil fotoşəkil müsabiqəsində iştirak etməyə dəvət edir. Əsərlər üç kateqoriya üzrə qəbul edilir: Qəhrəmanlar haqqında mətn hekayələrlə müşahidə olunan ağ-qara Heritage Portrait fotoşəkilləri, klassik portret sənətini nümayiş etdirmək üçün Classic Portrait və ciddi janr məhdudiyyətləri olmadan gündəlik portretlərlə Lifestyle Portrait bölməsi.
Fotoşəkillər, layihənin fotoqrafları, A.B.A GROUP beynəlxalq model agentliyindən İvan Onoprienko və Britaniya Ali Dizayn Məktəbinin müəllimi Anastasiya Korotko kimi peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər müəyyən ediləcək. Hər kateqoriya üzrə qalibləri HONOR 200 | 200 Pro smartfonları, həmçinin müsabiqə tərəfdaşları olan - Ivy onlayn kinoteatrı və myQuiz xidmətindən hədiyyələr gözləyir. Layihə və qaydalar haqqında daha ətraflı məlumat əldə etmək üçün layihənin internet saytına keçid edə bilərsiniz.