“PashaPay” gənc innovatorları “Pasha-Hackathon”da iştiraka dəvət edir!
31 may 2024 15:30 (UTC +04:00)

“PashaPay” gənc innovatorları “Pasha-Hackathon”da iştiraka dəvət edir!

“PashaPay” gənc və özünə güvənən innovatorları “Pasha-Hackathon”da iştirak edib gücünü sınamağa dəvət edir. Əsas məqsədlər istedadlı kadrları müəyyən etmək, güclü komandalar üçün imkanlar yaratmaq,  şirkət üçün maraqlı həlləri seçməkdir.

İyunun 28-29-30-da keçiriləcək yarışlarda iştirak və qonaqlama xərcləri bütünlüklə təşkilatçılar tərəfindən qarşılanır. Müraciət üçün iyunun 10-dək yarışların rəsmi veb-səhifəsinə daxil olub iştirakçı formunu doldurmaq kifayətdir. “Hackathon”un sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq bu mükafatlar veriləcək: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN.

İştirakçılar real problemlər üzərində çalışaraq innovativ həllər təklif etməklə yanaşı maraqlı tanışlıqlar qurmaq, əhatı dairələrini genişləndirmək imkanı da əldə edəcəklər.

“PashaPay” IT, məhsul inkişafı, marketinq, analitika və s. sahələrdə yüksək təcrübəyə malik beynəlxalq peşəkar komandaya malikdir. Şirkətin əsas missiyası hər kəsin öz vəsaitlərini istənilən yerdə və istənilən vaxt rahat idarə etməsi üçün maliyyə xidmətlərini inkişaf etdirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

Oxşar yazılar