“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
29 sentyabr 2023 11:32 (UTC +04:00)

“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir

“Nar” yenilənmiş brend konsepsiyasını təqdim etdi. Brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır. Bu konsepsiya "Sənə ən yaxın" şüarını və canlı yeni rəng palitrasını təqdim edir.

“Nar”ın müştəri mərkəzli yanaşmasını vurğulayan "Sənə ən yaxın" şüarı mobil operatorun dəyərli abunəçilərə olan bağlılığını ifadə edir. Yeni rəng çaları-yaşılın təravətləndirici tonu isə müsbət dəyişikliklər, şəffaflıq və əlçatanlığa sadiqliyi əks etdirir.

Müştəriləriyönümlü mobil operator olan “Nar” “Sizə ən yaxın” prinsipini rəhbər tutaraq hər bir fərdi müştərinin unikal ehtiyaclarını qarşılamağa həmişə hazır olan etibarlı tərəfdaşdır. Müştəri mərkəzli bu yanaşma “Nar”ın əlçatanlıq, sərfəli qiymət və unikal mobil təcrübə axtaranlar üçün əsas provayder olaraq qalmasını təmin etmək öhdəliyinin göstəricisidir.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar