Lukaşenko dollar və avronu  “zəhərli valyutalar”   adlandırdı
24 oktyabr 2022 18:50 (UTC +04:00)

Lukaşenko dollar və avronu “zəhərli valyutalar” adlandırdı

Dövlət xarici ticarət əməliyyatları üçün sahibkarlıq subyektlərinin hesablaşmalarının təmin edilməsi ilə bağlı problemlərin öhdəsindən gəlir. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, indiki şəraitdə bu məsələ daha çox xarici banklardan asılıdır.

“Vəziyyət daha da mürəkkəbləşib, lakin buna baxmayaraq, biz bunun öhdəsindən gəlirik. Ancaq bəzi məqamlar var. Mən bunu konkret müəssisələrə gedəndə, onlar kömək istəyəndə hiss edirəm”, - Lukaşenka bildirib.

Belarus lideri bank sektorunun nümayəndələri ilə görüşdə xarici ticarət əməliyyatları ilə bağlı bütün mübahisəli məsələlərə aydınlıq gətirməyi tələb edib. Belarus prezidentinin qeyd etdiyi kimi, dünyada ixrac-idxal əməliyyatları üzrə hesablaşmaların 75 faizdən çoxu dollar və avronun köməyi ilə həyata keçirilir.

"Dollar və avro bizim üçün zəhərli valyutalardır", - Lukaşenko vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar