“Landmark” satışa çıxarıldı: 120 milyona
03 dekabr 2024 16:13 (UTC +04:00)

“Landmark” satışa çıxarıldı: 120 milyona

Bakı şəhər Səbail rayonu Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb.

Lent.az-ın məlumatına görə, bu barədə "herrac.gov.az" saytında məlumat yerləşdirilib.

Açıq auksion formatında keçiriləcək satış rəsmi olaraq dekabrın 22-də 18:41-də başlayacaq.

32 min 654 kvadratmetr ərazisi olan biznes mərkəzinin başlanğıc qiyməti 120 milyon manat təyin edilib. 

Qeyd edək ki, "Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “Köhnə dəyirman” deyilən ərazidə kiprli mühəndis və tanınmış iş adamı Efruz Sami Müdüroğlu tərəfindən inşa edilib. “Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır. O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır. Nəsrullayeva Nərgiz 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.

Sosial mediada yazılan məlumatlara görə, Nərgiz xanım bir müddət öncə ailəsi ilə ölkəni tərk edib. 

"Landmark"ın əsl sahibinin AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərov olması barədə də iddialar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Oxşar yazılar