Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı
08 may 2025 09:44 (UTC +04:00)

Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 000 000 (otuz milyon) manat  həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi olmaq istəyən müştərilər 21 may 2025-ci il tarixinədək ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər.

Kapital Bank-ın manat istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 11% artıra bilər. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 AZN, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir.

Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar