İdarə rəislərinin icra başçıları ilə GÖRÜŞLƏRİ DAVAM EDİR
07 iyun 2023 11:19 (UTC +04:00)

İdarə rəislərinin icra başçıları ilə GÖRÜŞLƏRİ DAVAM EDİR

SOCAR "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin təşəbbüsü ilə regional idarələrin məsul şəxslərinin yerli icra hakimiyyətinin başçıları ilə görüşləri keçirilir.

Lent.az xəbər verir ki, məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir.

Bu səbəbdən qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı may ayı ərzində Goranboy, Samux, Goygöl və Naftalan rayonlarının İcra Hakimiyyəti başçıları ilə Gəncə RQİİ-nin rəisinin görüşləri keçirilərək müzakirələr aparılıb.

Görüşlər zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

# 1287
avatar

Fidan İlqar

Oxşar yazılar