Hörmüz boğazının bağlanması  Türkiyəyə 13,6 - 24 milyard dollara  başa gələ bilər
29 aprel 2026 16:39 (UTC +04:00)

Hörmüz boğazının bağlanması Türkiyəyə 13,6 - 24 milyard dollara başa gələ bilər

0

Hörmüz boğazının bağlanması ilə bağlı Türkiyənin əlavə xərcləri neftin qiymətindən asılı olaraq 13,6 milyard dollardan 24 milyard dollara qədər dəyişə bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

"Böhran bizə aşağıdakı kimi təsir göstərə bilər: əgər neftin qiyməti orta hesabla 100 dollar (barel üçün) səviyyəsində qalarsa, ilin sonuna qədər bu, əlavə 13,6 milyard dollar olacaq. Qiymət 125 dollar olarsa, bu, xərcləri 24 milyard dollara çatdıracaq. Bunlar əlavə xərclərdir", - nazir bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazındakı böhran Türkiyə xəzinəsinin təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) vergi itirməsinə səbəb ola bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar