Havaların kəskin soyuması ilə bağlı “Azərişıq”dan MÜRACİƏT
12 mart 2021 10:44 (UTC +04:00)

Havaların kəskin soyuması ilə bağlı “Azərişıq”dan MÜRACİƏT

Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

“Azərişıq” ASC Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik eneri təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

 

# 1506
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar