Ən böyük kölgə iqtisadiyyatı  olan ölkələr - SİYAHI
23 may 2025 19:59 (UTC +04:00)

Ən böyük kölgə iqtisadiyyatı olan ölkələr - SİYAHI

Qərbi Afrikada yerləşən Sierra-Leone ümumi reytinqdə birinci yerdədir.

Qlobal kölgə iqtisadiyyatı hər il kriminal fəaliyyət və digər qeydə alınmamış əməliyyatlar vasitəsilə trilyonlarla dollar gəlir əldə edir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aşağı gəlirli ölkələrdə kölgə fəaliyyət ümumi daxili məhsulun (ÜDM) böyük hissəsini təşkil edir.

İndi Visual Capitalist şirkətinin mütəxəssisləri dünyanın bütün ölkələrinin kölgə iqtisadiyyatlarını təsvir ediblər.

İnfoqrafik Ernst & Young Qlobal Kölgə İqtisadiyyat Hesabatı 2025-in məlumatları əsasında yaradılıb.

Gördüyünüz kimi, Afrikanın Sierra-Leone ölkəsi ümumi daxili məhsulun 64,5 faizini kölgə iqtisadiyyatı təşkil etməklə birinci yerdədir. Niger və Nepalda kölgə iqtisadiyyatı ÜDM-in yarıdan çoxunu təşkil edir.

Verilən məlumatlara görə, bəzi zəngin ölkələrdə isə kölgə iqtisadiyyatının həcmi ÜDM-in cəmi 5-6 faizi səviyyəsində qiymətləndirilir.

Kölgə iqtisadiyyatı ilə bağlı vəziyyət Polşa və Qərbi Avropa ölkələrində xeyli yaxşıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar