Birbank kartı sahibləri 2 otaqlı mənzil, avtomobil və digər qiymətli hədiyyələr qazanacaqlar®
17 oktyabr 2022 15:32 (UTC +04:00)

Birbank kartı sahibləri 2 otaqlı mənzil, avtomobil və digər qiymətli hədiyyələr qazanacaqlar®

Bütün növ Birbank (həmçinin BirKart) kart sahibləri üçün əla fürsət! Nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd Toyota Corolla avtomobili, 10 ədəd MacBook Air və ya 10 ədəd iPhone 14 Pro smartfonu qazanmaq olar. Yetər ki, 5 yanvar 2023-cü ilədək bütün ödənişlərinizi taksit və ya debet Birbank kartları ilə həyata keçirəsiniz. 

İstənilən Birbank kart sahibi 10 AZN və daha çox məbləğdə uğurlu nağdsız əməliyyat edərək lotereyada 1 iştirak şansı qazanır. Amma bu da son deyil. Birbank rəqəmsal bankında və Umico Marketplace-də edilən 10 AZN və daha çox məbləğdə uğurlu əməliyyatlar isə kart sahibinə 2 iştirak şansı qazandırır.

Əgər müştərinin bir neçə Birbank kartı varsa, hər kart üzrə edilən uğurlu əməliyyatlar sahibinə iştirak şansı qazandıracaq. Qaliblər yanvarın sonunda canlı yayımda müəyyən ediləcək. Hər müştəri bir Birbank kartı ilə yalnız 1 dəfə qalib gələ bilər. Kampaniya ilə bağlı ətraflı məlumat üçün – https://bir.bank/bblotpr.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448
avatar

Oxşar yazılar