Biləsuvarlılar "Azəriqaz"dan qaz  İSTƏDİ
25 noyabr 2022 18:13 (UTC +04:00)

Biləsuvarlılar "Azəriqaz"dan qaz İSTƏDİ

"Bugün Lənkəranın  7 rayonunda qazlaşdırma işləri davam edir. Biləsuvar rayonu isə hazırda 100% qazlaşdırılmış ərazilər siyahısındadır. Qarşıdakı aylarda bir neçə yaşayış massivində qazlaşdırma işləri yekunlaşacaq".

Lent.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədov Biləsuvarda baş tutan "Açıq mikrofon" aksiyasında bildirib.

Daha sonra mikrofon önünə keçərək sakinlər qaz təchizatında üzləşdikləri problemləri səsləndiriblər. Ümumilikdə 5 müraciət ünvanlanıb. Bunlardan 3-ü rayonun yeni yaşayış massivinin sakinləri tərəfindən səsləndirilib. Onlar qazlaşdırılan yaşayış massivində mavi yanacağın tezliklə sakinlərin ixtiyarına verilməsini xahiş ediblər. Hər bir müraciət Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830
avatar

Fidan İlqar

Oxşar yazılar