Bayram günlərində qatarların iş QRAFİKİ
28 dekabr 2020 17:56 (UTC +04:00)

Bayram günlərində qatarların iş QRAFİKİ

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bayram günlərindəki iş qrafikini açıqlayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, 31 dekabr, 1 yanvar və 4 yanvar qeyri-iş günləri olduğuna görə həmin günlər yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

"Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar,

Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar,

Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar,

Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar,

Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar,

Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar".

Məlumatda həmçinin qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 2 və 3 yanvar (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

# 1479
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar