Bu gün Bakının Xəzər və Yasamal rayonlarında qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində siyirtmənin yararsız olduğunu nəzərə alaraq yenisi isə əvəz olunması, Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə aprelin 7-də saat 10:00-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Atçılıq yaşayış massivində, Yasamal rayonunun isə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.