Bakı-Naxçıvan təyyarəsi aeroporta geri qayıdıb - SƏBƏB  -YENİLƏNİB
13 noyabr 2022 13:24 (UTC +04:00)

Bakı-Naxçıvan təyyarəsi aeroporta geri qayıdıb - SƏBƏB -YENİLƏNİB

Aeroporta geri qayıdan Bakı-Naxçıvan təyyarəsi yola düşüb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlmişdi.

Həmin təyyarə saat 13:07-də Naxçıvana yola düşüb.

Bu barədə Lent.az-a Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

***

12:13

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə  Lent.az-a  Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

# 2655
avatar

Oxşar yazılar