"Bakcell" baş vermiş zəlzələ ilə əlaqədar hazırda Türkiyədə olan abunəçilərini pulsuz mobil rabitə xidmətləri ilə təmin edir.
Lent.az xəbər verir ki, abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz əlaqəsini təmin etmək məqsədilə "Bakcell" tərəfindən onların nömrələrinin balansına pulsuz dəqiqələr və internet yüklənib.
Müvafiq məlumat abunəçilərə SMS vasitəsilə göndərilib.
Baş vermiş hadisədə həyatını itirənlərə rəhmət, xəsarət alanlara şəfa diləyirik!