Bayram günləri “smartkart” tipli sayğacların balansının artırılması mümkün olmayacaq.
Lent.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İB-nin “104 Çağrı Mərkəzi”nin şöbə rəisi Xalidə Şimşək deyib.
O bildirib ki, aprel ayının 21, 22-si saat 22:00-dan səhərə kimi "smartkart" tipli sayğaclarda balans artırılması mümkün olmayacaq:
"Yəni, serverlərin dəyişdirilməsi prosesi davam etdiyi üçün həmin tarixlərdə balansı artırmaq mümkün olmayacaq. Buna görə də çox xahiş edirik ki, kart balansınızı yoxlayın. Balans az qaldığı təqdirdə bu tarixlərdən əvvəl balansınızı artırın".