SOCAR “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Lənkəran şəhərində vətəndaş qəbulu keçiriləcək.
Lent.az xəbər verir ki, aprelin 10-u saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Lənkəran, Astara və Lerik sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel:(051)792 79 95 ; 025 (25) 4-43-66) müraciət edə bilərlər.