"Azercell" “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur
06 oktyabr 2025 11:31 (UTC +04:00)

"Azercell" “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

0

9-10 oktyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik sahəsində regionun ən mühüm tədbirlərindən biriCIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı, “Ağıllı şəhərdə kibermüharibə simulyasiyaları və kibertəhlükəsizlik həlləri sərgisi keçiriləcək. Bu platforma iştirakçılara həm real ssenarilər üzərində təcrübə qazanmaq, həm də innovativ texnologiyalarla tanış olmaq imkanı yaradacaq.

Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Biznes müştəriləri üçün etibarlı təhlükəsizlik xidmətləri təqdim edən və bu vacib sahədə mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran Azercell tədbirin gümüş sponsorudur. Bundan əlavə, mobil operatorun kibertəhlükəsizlik komandası CİDC 2025 yarışmasında şifrələmə, sənaye idarəetmə sistemləri, proqramların kodunun araşdırılması və digər sahələr üzrə təqdim olunacaq tapşırıqlarda bacarıqlarını nümayiş etdirəcək.

Azercell-in məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək vermək, rəqəmsal mədəniyyəti gücləndirmək və regionda informasiya təhlükəsizliyinin təminatına töhfə verməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar