AZAL Naxçıvana reysləri LƏĞV ETDİ
20 dekabr 2022 22:47 (UTC +04:00)

AZAL Naxçıvana reysləri LƏĞV ETDİ

Naxçıvan ərazisində hava şəraitinin əlverişsiz olması ilə əlaqədar aviaşirkətin bu günə olan 2151/2152 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb.

Lent.az xəbər verri ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2673
avatar

Fidan İlqar

Oxşar yazılar