"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.
Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.