Avropada orta illik əmək haqqı açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildə Avropa İttifaqına üzv ölkələrdə orta əmək haqqı ildə 33,5 min avro (təxminən 2,4 milyon rubl) təşkil edib.
Ən yüksək maaşlar Lüksemburq (72,2 min avro), Danimarka (63 min avro) və İrlandiyada (50,3 min) olub. Ən az pulu Bolqarıstan (10,3 min avro), Macarıstan (12,6 min) və Rumıniya (13 min) sakinləri alıb.
Bu dəfə orta əmək haqqı hesablanarkən natamam işləyənlər nəzərə alınıb. Onların maaşları həftədə 40 saat işləmiş kimi yenidən hesablanıb.