"AL Market" mağazalar şəbəkəsi "YouTube Silver Play Button"u qazandı!
22 noyabr 2023 12:04 (UTC +04:00)

"AL Market" mağazalar şəbəkəsi "YouTube Silver Play Button"u qazandı!

Endirim mağaza konsepti ilə fəaliyyət göstərən "AL Market" mağazalar şəbəkəsi  YouTube kanalında 100.000 abunəçini keçərək "YouTube Silver Play Button" mükafatını qazanıb.

Daim müştərilərini sərfəli qiymətlərlə, endirimlərlə, xüsusi kampaniyaları ilə sevindirən "AL Market" mağazalar şəbəkəsi  sosial media istifadəçilərinin aktivliyini nəzərə alaraq İnstagram, Facebook, YouTube, Tiktok, Linkedin, Telegram, Whatsapp hesablarında məlumatlarını paylaşır.

Eyni zamanda bu sosial media hesablarında izləyicilərinə sadəcə endirim kampaniyaları paylaşımır, həmçinin izləyicilərində xoş təəssüratlar yaratmaq üçün fərqli məzmunlu layihələr, hədiyyəli yarışlar keçirir. Həyata keçirdiyi Korporativ Sosial Layihələrdən məlumatlar, fərqli aşbazlarla milli və xarici mətbəxə məxsus yeməklərin hazırlanma videoları paylaşılır.

"AL Market" mağazalar şəbəkəsi mükafatla bağlı paylaşımında bu uğur üçün dəyərli müştərilərinə və izləyicilərinə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Azərbaycanın dörd bir yanında  ilə fəaliyyət göstərən “AL Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.

"AL Market"-in YouTube linki-  www.youtube.com/@ALMarketler

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3243
avatar

Oxşar yazılar