“SpaceX”in qurucusu və “Tesla” şirkətinin baş direktoru İlon Mask “Forbe” jurnalının hər il tərtib etdiyi TOP 400 ən zəngin ABŞ vətəndaşı siyahısında növbəti dəfə birinci olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, jurnal Maskın sərvətini 251 milyard dollar qiymətləndirir və eyni məbləğin keçən il də olduğunu qeyd edir.
Üstəlik, bu il o, “Twitter” sosial şəbəkəsini ilkin gözlənildiyindən qat-qat baha qiymətə alıb, “Tesla”nın səhmləri ucuzlaşıb və o, Ukrayna prezidenti Vladimir Zelenski və Tayvan xarici işlər naziri kimi insanlarla internetdə müxtəlif mübahisələrə girib. Mask həmçinin media maqnatı Mark Zukerberqi qəfəs döyüşünə çağırıb.
Maskın bu siyahının ikincisi olan “Amazon”un qurucusu Ceff Bezosdan 90 milyard dollar, İT şirkəti “Oracle”ın qurucusu və direktorlar şurasının sədri Larri Ellissondan isə 93 milyard dollar daha varlı olduğu ortaya çıxıb.
Nəşr vurğulayır ki, ümumilikdə ABŞ-ın ən varlı adamları bir il əvvəlkindən 500 milyard dollar daha varlıdırlar.