Abdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub
03 aprel 2024 17:49 (UTC +04:00)

Abdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub

Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Azərbaycanın “Azərsun Holdinq”in qurucusu və Müşahidə Şurasının sədri Abdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Sağlığında sahibkarlıq fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilən Abdolbari Gozal, həmçinin ulu öndərin irsinin yaşadılması üçün həyata keçirilən bir çox layihənin təşəbbüskarıdır.

Qeyd edək ki, müasir Azərbaycanda özəl sektorun inkişafına mühim töhfələr verən Abdolbari Gozal, 20 il öncə, iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Eyni zamanda, şirkətlər qrupunun rəhbəri 2016-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

Abdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunubAbdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub

# 1536
avatar

Oxşar yazılar