ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı
04 iyun 2025 11:16 (UTC +04:00)

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın
Saatlı filialı da yenilənib. Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Filial Heydər Əliyev prospekti - 178 ünvanında müştərilərin xidmətindədir. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.

Müştərilər ABB-nin Saatlı filialında müxtəlif növ kredit, kassa-hesablaşma
əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar