Reklam hazırlayan hər kəs bu qaydalara əməl etməlidir - Ekspert
29 iyun 2020 17:30 (UTC +04:00)

Reklam hazırlayan hər kəs bu qaydalara əməl etməlidir - Ekspert

Əksər hallarda yayımlanan reklamların oxunuşunda yaxud məhsulun üzərində Azərbaycan dilinin normalarına düzgün riayət edilmir. Bəzən danışıqda işlətmədiyimiz sözlərə yer verilir, bəzən isə sözlərin yazılışı səhv olur. Bununla bağlı iyunun 23-də “Reklam dili haqqında” sənəd də imzalandı.

Tanınmış reklam üzrə mütəxəssis Sabit Məmmədov mövzu barədə Lent.az-a danışarkən bildirib ki, reklamı hazırlayan şəxs oradakı düzgün yazılışa və rol alan şəxsin danışığına diqqət yetirməlidir:

“Digər sahələrdə olduğu kimi bu sahədə də bəzi təkmilləşməli olan problemlər var idi. Zaman keçdikcə bu problemlər təkmilləşir. Amma bəzi jurnalistlər, reklamçılar, reklam agentlikləri, şirkətlərin marketinq şöbələrinin əməkdaşları da reklam zamanı dil qaydalarına əməl etmirlər. Buna görə də, artıq cərimələr tətbiq etmək qərarına gəliblər və bunu çox dəstəkləyirəm. Hətta bəzi reklamlarda baxırsan ki, bizim leksikonumuzda olmayan söz istifadə olunub. Əvvəllər danışıqda hansısa sözün olub-olmamasını xüsusi kitablardan öyrənirdilər. İndi isə həmin kitabları “azleks.az” saytı əvəz edib. Reklam hazırlayan hər kəs sözlərin düzgün yazılışına, hətta reklamda rol alan şəxsin düzgün danışığına da diqqət yetirməlidir. Bununla bağlı rəqəmsal mediada kifayət qədər informasiyalar var və onlardan istifadə etmək olar.

Bəzən kreativ agentliklər elə sözlərdən istifadə edir ki, həmin söz iki mənanı verir. Bunu izləyicinin bir hissəsi başa düşdüyü təqdirdə, bir hissəsi başa düşmür. Ona görə də yaxşı olardı ki, leksikonumuzda olan sözlərdən istifadə edilsin. Bəzi teleaparıcılarımız orfoepik qaydalara riayət etmirlər. Ancaq bu iş onların peşəsidir və əgər həmin peşədə çalışırsa, orfoqrafik yaxud orfoepik səhvə yol verməli deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3829
avatar

Mehman Nəbiyev

Oxşar yazılar