Nazirlər Kabineti “Malların ixrac qeydi ilə satışı qaydası”nı təsdiqlədi
16 noyabr 2020 13:35 (UTC +04:00)

Nazirlər Kabineti “Malların ixrac qeydi ilə satışı qaydası”nı təsdiqlədi

Nazirlər Kabineti “Malların ixrac qeydi ilə satışı Qaydası”nı təsdiq edib.

Qurumdan Lent.az-a verilən məlumata görə, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

“Malların ixrac qeydi ilə satışı Qaydası”nda

- ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər;

- ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər;

- malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət;

- ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.

Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər.

“Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutual məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1678
avatar

Aygün İbrahimli

Oxşar yazılar