Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti bahalaşıb
Avqust ayında birillik və ikiillik bitkilərin istehsalçı qiymətlərinin 0,4 faiz, çoxillik bitkilərin 0,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 0,2 faiz artması nəticəsində satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən aldığı məlumata görə, birillik bitkilərdən qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin istehsalçı qiymətləri 0,3 faiz, qarğıdalının 1,4 faiz, buğdanın 2,8 faiz, yaşıl paxlalı tərəvəzlərin 37,3 faiz, bibərin 4,2 faiz, pomidorun və badımcanın müvafiq olaraq 1,5 və 5,5 faiz, göyərtilərin və xiyarın 4,0 faiz, süfrə çuğundurunun 6,0 faiz, yemişin 9,5 faiz, yoncanın istehsalçı qiymətləri 3,8 faiz bahalaşmış, arpanın istehsalçı qiymətləri 1,7 faiz, kələmin 0,8 faiz, soğanın 4,9 faiz, kartofun 3,4 faiz, qarpızın 2,3 faiz, quru otun istehsalçı qiymətləri isə 12,8 faiz ucuzlaşıb. Bununla yanaşı çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,7 faiz, armudun 3,1 faiz, gavalının 2,7 faiz, şaftalının 11,8 faiz, zoğalın 7,3 faiz, böyürtkənin 5,6 faiz, fındığın istehsalçı qiymətləri isə 7,5 faiz ucuzlaşıb. Eyni zamanda avqust ayı ərzində çoxillik bitkilərdən olan əriyin istehsalçı qiymətlərində 2,3 faiz, albalının istehsalçı qiymətlərində isə 6,2 faiz bahalaşma müşahidə olunub .
Diri heyvanlar və heyvandarlıq məhsullarına gəldikdə, inəyin istehsalçı qiymətləri 0,8 faiz, erkək buzovun 1,2 faiz, ana qoyunun 0,3 faiz, diri keçilərin 0,8 faiz, inək südünün və camış südünün müvafiq olaraq 2,7 və 0,2 faiz, yuyulmamış zərif yunun istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, camışın istehsalçı qiymətləri 1,4 faiz, 1 yaşadək quzunun 2,6 faiz, diri ev quşlarının 1,0 faiz, toyuq yumurtalarının 1,6 faiz, balın istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.
Avqust ayı ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində isə 14,5 faiz ucuzlaşma müşahidə olunub.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28