FHN yerli, yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib
22 iyul 2011 17:18 (UTC +04:00)

FHN yerli, yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
APA-ECONOMICS”-in məlumatına görə, Dövlət Taxıl Fondu üçün “Abşeron Taxıl MMC”, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen” FATOĞLU, N.Quliyev adına Bakı-Taxıl, “Araz ASC” “Aveta”, “EL” KM və “Neon” firması müəssisələri vasitəsilə cari ilin iyul ayının 23-dən oktyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 230 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:


I. Dənin naturası(bir lititlik purkalarda qramla):
buğda üçün - 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil)qarışığı (faizlə)
buğda üçün -2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün
bitkilər üçün -13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq -3-cü sinif
buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti -2-ci qrupdan aşağı olmamaqla

VI. Şüşəvarilik

-3-cü sinif buğda üçün -40-45% hüdudlarında

VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, - yol verilmir
acıyovşan və ya dənli bitkilərə xas olmayan və
onların emalı məhsullarına keçən (kerosin, benzin,
sarımsaq və buna oxşar maddələr) digər iy və dad

VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

IX. Anbar ziyanvericiləri - yol verilmir
ilə sirayətlənmə bütün bitkilər üçün

X. Digər əlamətlər - bütün bitkilər üçün - yol verilmir
karantin və iqtisadi cəhətdən
təhlükəli xəstəlik, zərərverici və alaq
otlarının toxumları olan dən
(heyvanların yoluxucu və ya tarlada
qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi
toksiki elementlər, radionukleidlər, pestisidlərlə
çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan
əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:

“Abşeron Taxıl MMC”: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, Tel: 012-342-90-03; 0-70-345-12-18,

“Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1, Tel: 0115-3-23-21, 0-55-760-35-05; 0-50-382-35-8

Karat-Holdinq: Xirdalan şəhəri, Şamaxı şossesi-23, Tel.: 012-342-09-50, 0-50-223-18-97

Karmen MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, Tel.: 012-342-59-12.

FATOĞLU: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, 022-56-94-44; 012-418-45-38; 0-50-222-08-20

N.Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-567-00-76; 566-21-72

“Araz ASC”: Ziğ şossesi 27, Tel. 0-50-502-29-08; 012-379-10-29; 012-373-04-89. Faks: 012-373-90-00

“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel.: 0145-6-60-08, 0-50-200-11-97, Faks: 0145-6-60-03

“Neon” firması :Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel./faks: 022-57-57-22, 0-50-220-30-27
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar