Sahibkarların problemləri ilə bağlı rəsmi qurumlara müraciət ediləcək - FOTO
Lent.az-ın verdiyi məlumata görə, toplantıda korrupsiyaya qarşı mübarizə istiqamətində Şəbəkənin fəaliyyətinin genişləndirilməsi və Salyan rayonunda sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrlə bağlı məsələlər müzakirə edilib.
Şəbəkənin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, son vaxtlar korrupsiyaya qarşı mübarizə istiqamətində əhəmiyyətli addımlar atılıb, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərman imzalanıb, dövlət başçısı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”sini təsdiqləyib. Eyni zamanda gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması, yol hərəkətinin tənzimlənməsi sahəsində tədbirlər haqqında fərmanlar imzalanıb, nəqliyyat vasitələrinin idxal edilməsi ilə əlaqədar bir pəncərə sistemi qurulması da nəzərdə tutulub. Əliməmməd Nuriyev dövlət başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı çıxışlarının bu istiqamətdə ictimai fəallığın artmasında böyük rol oynadığını vurğulayıb, vətəndaşların fərdi şəkildə korrupsiya hüquq pozuntularına qarşı çıxış etmələrini vacib məqam olduğunu dilə gətirib.
Əliməmməd Nuriyev onu da qeyd edib ki, bütün bunlarla yanaşı, ayrı-ayrı sahələrdə məmurların korrupsiyaya qarşı mübarizənin güclənməsi istiqamətində addımlara müqaviməti müşahidə olunur: “Xüsusən nəqliyyat sektorunda ciddi qanun pozuntuları müşahidə edilir, eyni zamanda yerlərdə abadlıq işlərinin görülməsi adı altında sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr edilir, mülkiyyət hüququnun pozulması ilə bağlı Şəbəkəyə müraciətlər daxil olur”.
O, Şəbəkə üzvlərinin ictimai vəkillik, korrupsiya qurbanlarının müdafiəsi, məlumatlandırma və maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirərək korrupsiyaya qarşı mübarizəyə öz töhfələrini verdiyini söyləyib.
Toplantıda Salyanda sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə halları ilə bağlı müraciətlər də müzakirə olunub. Şəbəkə üzvü, Korrupsiyaya Qarşı Mübarizə Fondunun İcraçı direktoru Vasif Mövsümov Salyanda dükan sahiblərindən abadlaşdırma ilə əlaqədar qanunsuz olaraq müəyyən vəsait vermək tələb olunduğunu bildirib. Şəbəkə üzvü Sahib Məmmədov deyib ki, son zamanlar mülkiyyət hüququnun pozulması, sahibkarlardan abadlaşdırma adı altında pul yığılması halları geniş yayılıb və Şəbəkə bu məsələlərə xüsusi diqqət yetirməlidir. Şəbəkə üzvü Hafiz Həsənov isə mülkiyyət hüquqlarının qorunması ilə bağlı ictimai müzakirələr keçirilməsini təklif edib.
Müzakirələr nəticəsində salyanlı sahibkarların problemləri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə Şəbəkənin adından müraciət edilməsi qərara alınıb. Şəbəkə üzvləri zərurət yaranacağı halda Salyana səfər edərək monitorinq aparılmasının vacibliyini vurğulayıblar. Sentyabr, yaxud oktyabr ayında Şəbəkə tərəfindən mülkiyyət hüquqlarının qorunması ilə bağlı ictimai müzakirə keçirilməsi də qərara alınıb. Eyni zamanda sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin monitorinqi, mülkiyyət hüquqlarının qorunmasına yardım göstərilməsi istiqamətində layihələrin hazırlanması istiqamətində Şəbəkə üzvlərinə tövsiyələr verilib.
Toplantıda Şəbəkəyə gənclər təşkilatlarının üzv olması ilə bağlı müraciətlər də müzakirə olunub. Şəbəkənin fəaliyyətinin genişləndirilməsi üçün təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.

589