(R) Texnologiyanın yaratdığı möcüzə - “Atena” südləri – REPORTAJ
Ağcabədiyə səfərə çıxmaq tapşırığı alanda heç zaman getmədiyim və təbiəti ilə bağlı da xoş rəylər eşitmədiyim bu rayona gedən 300 km-lik, 5 saatlıq yol gözümə ömürlük səyahət kimi gəldi. Ancaq düşünəndə ki, səfər xoş hadisəylə əlamətdardır və bu səfərin səbəbkarları insanlarımıza yeni çörək qapısı təmin ediblər, yolun uzunluğu və yoruculuğu avtomatik unuduldu.
Və budur, şah əsərlərini təqdim etmək, onun ictimaiyyətə tanıtmaq üçün Bakıdan gələn jurnalistləri gözləyən “Atena” süd zavodunun rəhbərliyi müəssisə haqqında məlumat verir. Zavodun həmtəsisçisi, tanınmış “Atropatena” şirkətinin sahibi Elşad Rəsulov danışdıqca, zavod haqqında məlumatlar verdikcə, uzun yolun gətirdiyi ağırlıq və yorğunluq bizdən uzaqlaşmağa başladı. Artıq Azərbaycanda da belə bir zavodun olmasından doğan qürurun verdiyi sevinc hiss edilirdi. Zarafat deyil, daha kompüter texnologiyası ilə belə, yeni-yeni tanış olan Ağcabədidə Avropa səviyyəli bir zavod inşa edilib. Süd istehsalı potensialına görə ölkənin ən böyük heyvandarlıq rayonlarından biri olan Ağcabədinin bu gücündən istifadə etmək, onu dünyaya çatdırmaq nəhayət kiminsə ağlına gəlmişdi. Bu – “Atena” süd zavodu idi!
Bir neçə il öncə kimsə desəydi ki, Ağcabədi rayonunda süd zavodu açılacaq, həm də elə zavod ki, texnoloji gücünə görə nəinki Azərbaycanda, hətta Türkiyə və postsovet məkanı ölkələrdə belə, rəqib tanımayacaq, yəqin ki, heç kim inanmazdı. Ancaq inanmağa dəyər. Artıq Ağcabədidə belə bir zavod var. Ötənlərdə açılışında prezident İlham Əliyevin də iştirak etdiyi zavod fəaliyyətini Azərbaycan səviyyəsində məhdudlaşdırmaq istəmir. Fəaliyyətə başladığı az müddət olan “Atena” süd zavodu artıq öz məhsullarını bir neçə xarici ölkəyə də çıxarmağa nail olub.
Zavod rəhbərliyi iddialarının boşuna olmadığı, necə deyərlər, dillərinə görə dilçəklərinin də olduğunu göstərmək üçün Bakıdan gələn jurnalistləri müəssisədə qarış-qarış gəzdirdilər, ən xırda detalları belə, sərgiləməkdən çəkinmədilər.
Öncəliklə qeyd etmək lazımdı ki, zavodda istifadə olunan texnologiya ən sonuncu buraxılışdır. ABŞ və Avropanın əsas süd zavodlarının da istifadə etdiyi “Extended Shelf Life” texnologiyası Azərbaycanda ilk olmaqla yanaşı, həmçinin, Türkiyə və keçmiş sovet ölkələrində də yoxdur. Yeni texnologiya südün tərkibindəki xeyirli maddələrin istehsal prosesində itməməsini və onun saxlanma müddətinin 28 günə çıxarılmasını təmin edir. Həmçinin, zavodun texnologiyası o qədər yüksək səviyyəlidir ki, istehsal zamanı südün tərkibindəki zərərli bakteriyaların hamısı məhv edilir.
Zavodun ən diqqətçəkən özəlliklərindən biri odur ki, südün məntəqələrdən toplanma anından rəflərə düzülməsinə qədər ona əl dəymir.
Ağcabədidə 18 kənddə 1000 fermerlə əməkdaşlıq edən “Atena” süd zavodu rayonda 21 süd toplama məntəqəsi yaradıb. Fermerlər bu məntəqələrdə əl dəymədən xüsusi kodlaşdırma vasitəsilə südü zavodun toplayıcılarına təhvil verirlər. Fermerlərdən toplanan süd istehsal prosesinə qədər tam 98 adda müxtəlif yoxlamalardan keçirilir. Zavodda işçilərlə yanaşı, binanın özü də xüsusi texnologiya ilə gigiyenik yoxlamadan keçirilir.
Hazırda zavodda süd, qatıq, ayran və pendir istehsal olunur. Gələn ildən etibarən isə zavod yeni məhsullarını – kəsmik, xama, yoğurt və müxtəlif pendir növləri – təqdim edəcək. Həmçinin, dünyanın məşhur “Danone” firmasının Azərbaycan təmsilçiliyini də həyata keçirən şirkət yaxın aylarda bu şirkətin məhsullarını da istehsal edəcək.
Ümumilikdə, 220 min kvadrat metr sahəni əhatə edən zavodun inşası üçün 40 milyon manat civarında maliyyə vəsaiti xərclənib. Tikinti prosesi zamanı zavod rəhbərliyi dünyanın 100-dən çox tanınmış markası ilə əməkdaşlıq edib ki, bu da sonda öz nəticəsini göstərib. 2007-ci ildə layihəsi hazırlanan zavod 2009-cu ildə ilk süd istehsalını həyata keçirib.
Zavodun gündəlik 400 ton süd istehsalı imkanı indiki halda, Azərbaycanda fəaliyyət göstərən digər süd istehsalı şirkətlərinin ümumi potensialından çoxdur. Zavodda bütün istehsal prosesi bir əl tərəfindən idarə olunur. Sistemli şəkildə avtomatlaşdırılmış zavod bir kompüter vasitəsilə idarə olunur.
Avtomatlaşdırmanın imkanları ilə zavodda normal qaydada 50 adamın görəcəyi işi indi bir adam görür. Bununla belə, Türkiyəli texnoloqlar tərəfindən idarə olunan zavodda ümumilikdə 100-ə qədər işçi çalışır.
Zavodda südün keyfiyyətini təmin etmək üçün fəaliyyət göstərən 4 xüsusi laboratoriya dövlət tərəfindən akkreditasiya edilib.
İstehsal potensialını maksimuma qaldıraraq, xarici bazarda da aparıcı markaya çevrilmək istəyən “Atena” süd zavodu bunun üçün 2011-ci ildə böyük bir ferma açmağı planlayır. 3 min baş sort inəyin saxlanacağı nəzərdə tutulan fermaya artıq bu il 500 inək alınacaq. Zavodun indiki istehsal gücü isə gündəlik 28 ton həcmindədir.
Qeyd edək ki, “Atena” süd zavodu dünyanın ən böyük şirkətlərinin layiq görüldüyü “İSO-22000” sertifikatı alacaq. Bu, Azərbaycanda ilk belə göstərici olacaq.
Zavodun ən özəl planlarından biri isə dünyada bir ilk olacaq. Yaxın zamanlarda açılacaq sayt vasitəsilə zavodda həyata keçirilən istehsal prosesi “online” şəkildə istehlakçıların nəzarətinə təqdim ediləcək. Zavod rəhbərliyi deyir ki, bunu özlərinə güvəndikləri və fəaliyyətlərinin nə qədər keyfiyyətli olduğundan əmin olduqları üçün edirlər.
Azərbaycanda bir çox sahələrdə ilkə imza atan zavod rəhbərliyi alıcıların “Atena”nın məhsullarından məmnun qalacağına əmin olduğunu bildirir: “Bizim məqsədimiz insanlara təmiz və keyfiyyətli məhsul verməkdir. Bunu da həyata keçirdiyimizi əminliklə qeyd edirəm”.
Bir sözlə, “Atena” zavodu möcüzə yaratmaqda israrlıdır. Eynən, şüarlarında deyildiyi kimi: “Atena” – süd möcüzəsi!
Beləliklə, “ilklər kralı” “Atena”ya olan səyahətimiz yekunlaşdı. Ağcabədi-Bakı yolunun uzunluğu və yoruculuğu barədə isə artıq heç kim düşünmürdü. Bakıya qayıtmazdan az əvvəl içdiyimiz “Atena” ayranlarının sərinliyini daxilimizdə hiss edərək çıxdığımız yol yəqin ki, Ağcabədiyə gələn yoldan “daha qısa” çəkəcəkdi...
Anar GƏRAYLI

2678