Daha bir avtomobil parkı istifadəyə verilib
06 avqust 2009 12:00 (UTC +04:00)

Daha bir avtomobil parkı istifadəyə verilib

Metronun “Nizami” stansiyası yaxınlığında yerləşən 23 mərtəbəli binanın altındakı dayanacaq pullu xidmət göstərəcək

Bakıda avtomobil tıxaclarının qarşısının alınması məqsədilə inşa olunan dayanacaqlardan biri də istifadəyə verilib. Bu, metronun “Nizami” stansiyası yaxınlığında yerləşən 23 mərtəbəli şüşə binanın aşağı mərtəbəsində yerləşən dayanacaqdır.

Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, 160 avtomobil tutumu olan avtomobil parkında nəqliyyat vasitələrinə texniki xidmət şöbələri də yaradılıb. Pullu xidmət göstərəcək bu parkda bir avtomobilin dayanması üçün təxminən 150-160 manat ödəniş tutulacaq.

Nazirlikdə bildirirlər ki, hazırda Bakının müxtəlif ərazilərində bu cür avtomobil parklarının inşası davam etdirilir. Bu ilin sonunadək belə yeraltı dayanacaqların sayının 15-ə çatdırılması nəzərdə tutulub. Gələn ildən isə Bakının mərkəzi küçələrini birləşdirən meydanlarda bir neçə yerüstü avtomobil dayanacaqlarının da tikilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və gələn ilin əvvəlində həmin dayanacaqların tikintisi bir qədər də sürətləndiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853

Oxşar yazılar