Ərzaq səbətimizdə nələr dəyişib? - TƏHLİL
Nazirlər Kabinetinin təsdiq etdiyi yeni normalarda həm müsbət, həm də mənfi dəyişikliklər var
Nazirlər Kabineti aprelin 30-da istehlak səbətinin tərkibinin dəyişdirilməsi barədə qərar qəbul etdi. "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında edilən dəyişiklik yenə də üç əsas qrup - ərzaq, qeyri-ərzaq malları və xidmətlər üzrə təsbit olunub.
Hökumətin təyin etdiyi yeni istehlak səbətində nə və necə dəyişib?
Əvvəlcə 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarla təsdiq olunmuş istehlak səbətinin tərkibi ilə yenisi arasında kiçik müqayisə apardıq. Məlum oldu ki, birinci iki qrup üzrə, yəni ərzaq və qeyri-ərzaq malları üzrə tərkib elə 2005-ci ildə olduğu kimi qalıb. Üçüncü qrupa aid olan xidmət sahəsində isə ilk dəfə olaraq, yeni bir xidmət növü - internet xidmətləri əlavə olunub. İnternet xidmətləri səbətə bir ailə üçün günə 1 saat hesabı ilə daxil edilib. Səbətdə tərəvəz və bostan bitkiləri, kartof, süd, süd məhsulları və yumurtanın çəkisi artırılıb. Məsələn, əvvəllər əmək qabiliyyətli bir adam üçün bir ilə 40 kiloqram kartof norma hesab edilirdisə, indi bu rəqəm 7 kiloqrama yaxın artırılıb.
Pensiyaçıların qənd norması azaldılıb
Bundan başqa, əvvəllər bir adam üçün il ərzində 127 ədəd yumurta norma hesab edilirdisə, indi bura daha 8 yumurta əlavə edilib. Qənd və qənnadı məmulatları isə azaldılıb. Belə ki, şəkər və qənnadı məmulatları əmək qabiliyyətli əhali 17 kiloqramdan 16,3 kiloqrama, pensiyaçılar üçün 16 kiloqramdan 14,6 kiloqrama endirilib. Uşaqlar üçün isə şəkər və qənnadı məmulatlarının norması 18 kiloqramdan 19,5 kiloqrama qaldırılıb.
Milli Elmlər Akademiyasının (MEA) Fiziologiya İnstitutunun əməkdaşı Rəvan Həbibov istehlak səbətinin yeni təsdiq olunan strukturunda bəzi müsbət dəyişikliklərin olduğu qənaətindədir. O, bu sırada süd və süd məhsulları, yumurta və uşaqlar üçün şəkər və qənnadı məmulatları üzrə normaların az da olsa artırılmasını xüsusi qeyd edir.
“Düzdür, bunlar insanların fizioloji tələbatını ödəyəcək səviyyədə deyil. Ancaq üç əvvəlki normalarla müqayisədə uşaqlar üçün isə şəkər və qənnadı məmulatlarının 18 kiloqramdan 19,5 kiloqramadək artırılmasını müəyyən mənada irəliləyiş saymaq olar. Çünki şəkərin uşaqların qida rasionunda xüsusi çəkisi böyükdür və mənə elə gəlir ki, ölkənin iqtisadi imkanları genişləndikcə istehlak səbəbinin strukturunda vacib məhsul və xidmətlər üzrə normalar da tədricən artacaq” - deyə, MEA-nın əməkdaşı bildirib.
Ekspert bildirir ki, ərzaq səbətinin strukturunda ən ciddi qüsurlar çörək və ət məhsulları üzrə normaların reallığı əks etdirməməsi ilə bağlıdır. Onun sözlərinə görə, əmək qabiliyyətli əhali üçün il ərzində 150 kiloqram çörək və un məhsullarının təyin olunan norması faktiki tələbatdan iki dəfə azdır: “Azərbaycan yoxsul ölkə hesab olunur və belə ölkələrin ərzaq səbətində çörək birinci yeri tutur. Ancaq son dəyişikliklərdə çörəyin adambaşına illik norması hətta müharibə dövründəkindən də aşağıdır. Azərbaycanın indiki ərzaq normasını İkinci Dünya Müharibəsində əsirlərə ayrılan çörək norması ilə müqayisə etmək olar. O dövrdə bir əsirə bir ayda 21-22 kiloqram çörək verirdilər. İndi Azərbaycanın minimum istehlak səbətində bir nəfərin bir aylıq çörək norması cəmi 13 kiloqramdır. Belə çıxır ki, Azərbaycan əhalisi 64 il əvvəlkindən az çörək yeyir”.
Ruslar 14, azərbaycanlılar isə cəmi 5 kilo balıq yeyir
Rəvan Həbibov deyir ki, indi Azərbaycan əhalisinin mətbəxinin əsasını təşkil edən əsas ərzaq məhsullarından biri ətdir. Nazirlər Kabinetinin yeni təsdiqlədiyi “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi”ndə il ərzində əmək qabiliyyətli əhali üçün 30 kiloqram, pensiyaçılar üçün 19,2 kiloqram, uşaqlar üçün (15 yaşa qədər) 25 kiloqram ət və ət məhsullarının istifadəsi nəzərdə tutulub. 2005-ci ildə təsdiq edilən normalarda bu göstəricilər müvafiq olaraq, 30, 17 və 25 kiloqram olub. Bu dəfə istehlak səbətinin tərkibində balıq və balıq məhsullarının miqdarı ayrıca götürülüb. Siyahıda sosial tərkibindən və yaşından asılı olmayaraq, hər bir qrup əhali üçün 5 kiloqram balıq məhsulunun istifadə edildiyi qeyd olunub.
“İl ərzində insanın 5 kiloqrama qədər balıq yeməsi heç də normal qidalanma sayıla bilməz. Doğrudur, hökumət insanlara balıq məhsullarından daha artıq istifadə etməsinə qadağa qoymur. Ancaq bunların hamısı insanların həyat şəraiti ilə birbaşa bağlı olan məsələdir. İnsanlar var ki, illərlə balıq əti yemir, çünki buna maddi imkanı çatmır. Ona görə də mən hər kəsin il ərzində 5 kiloqram balıq yediyinə inanmıram” - Rəvan Həbibov belə deyir.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni istehlak normaları keçmiş sovet ölkələri ilə müqayisədə çox aşağıdır. Məsələn, ət və ət məhsullarından az istifadəyə görə seçilən Rusiyada minimum istehlak göstərici 37 kiloqram, Latviyada 52 kiloqram götürülüb. Balıq məhsulları Rusiyanın minimum istehlak səbətində 14 kiloqram nəzərdə tutulub. Azərbaycanda isə bu göstərici cəmi 5 kiloqramdır.
Ekspertlər MDB ölkələri ilə müqayisədə Azərbaycanda istehlak səbətinin tərkibindəki bu fərqi qiymətləndirmənin düzgün aparılmaması ilə izah edirlər. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev minimum istehlak səbətindəki normaların müəyyənləşdirilməsində çoxlu qüsurlara yol verildiyini deyir.
Onun sözlərinə görə, bütün dünyada yaşayış minimumunun, yəni minimum istehlak səbətinin dəyəri əhalinin həyat səviyyəsini ölçmək, sosial vəziyyəti qiymətləndirmək üçün əsas indikator sayılır. Əmək qabiliyyətli insan gün ərzində öz qüvvəsini bərpa etmək üçün minimum 2600 kilokalori enerji qəbul etməlidir. İstehlak səbətinin tərkibindəki müxtəlif qida normaları da məhz bu həddə enerjinin qəbuluna təminat verməlidir.
150 manat əvəzinə 84 manat
Azərbaycanda “Yaşayış minimumu haqqında” qanun 2004-cü il oktyabrın 5-də təsdiqlənib. Amma ilk dəfə olaraq yaşayış minimumunun dəyəri rəsmi qaydada 2007-ci il üçün dövlət büdcəsi təsdiq olunanda dəqiqləşib və 2007-ci ildə vətəndaşların yaşayış minimumunun dəyəri 64 manat həcmində müəyyənləşdirilib. İndi isə Azərbaycanda yaşayış minimumu 84 manatdır.
“Hətta bəzi istehlak mallarının qiymətlərindəki sabitliyi nəzərə alsaq belə, yaşayış minimumunun 84 manat həddində müəyyənləşdirilməsi reallığı əks etdirmir. Çünki yaşayış minimumunun dəyəri dedikdə insanın fizioloji tələbatını ödəmək üçün lazım olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyərinin toplusu nəzərdə tutulur. Ona görə də yaşayış minimumunun dəyəri daha yüksək göstərici ilə əks olunmalı idi” - Rövşən Ağayev bildirir.
Onun sözlərinə görə, müxtəlif vaxtlarda Həmkarlar Konfederasiyası bu göstəricinin 100-120 manat, son vaxtlar isə hətta 150 manat olduğunu bəyan etsə də, hökumət bu təkliflərə ciddi reaksiya vermir.
Yeri gəlmişkən, İqtisadi Təhqiqatlar Mərkəzi inflyasiyanın alternativ ölçülməsi üçün 22 rayonda 585 məhsul növü üzrə qiymət müşahidəsi aparıb. Ekspertlər yaşayış minimumunun dəyərini hesablayarkən İqtisadi Təhqiqatlar Mərkəzinin inflyasiya ilə bağlı tədqiqat qrupunun istifadə etdiyi qiymətlərdən və hökumətin təsdiqlədiyi minimum istehlak səbətinin tərkibindən yararlanıblar. Həmin qiymətləndirmədən məlum olub ki, Həmkarlar Konfederasiyasının yaşayış minimumunun dəyərinə dair hesablaması reallığa uyğundur.
Elxan SALAHOV

1364