Mərkəzi Bank 2011-ci il üçün əsas prioritetlərini açıqladı
Mərkəzi Bank 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda deyilir ki, 2010-cu ildə qlobal iqtisadiyyat resessiyadan tədricən çıxmağa başlanıb, iqtisadi canlanma meylləri yaranıb. Lakin böhrandan sonra dünya iqtisadiyyatında yenicə başlamış “tarazlaşma”, aparıcı iqtisadi mərkəzlərdə struktur və makroiqtisadi problemlər, o cümlədən büdcə dayanıqsızlığı qlobal artımın qeyri-bərabər getməsinə və sabit olmamasına gətirib çıxarıb. Üstəlik dünya maliyyə sistemində əhəmiyyətli risklərin hələ də qalması maliyyə bazarlarında yüksək volatilliyin yaranmasına səbəb olub.
Bəyanatda bildirilir ki, 2010-cu ildə Mərkəzi Bank pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasına yönəldib. Bu hədəflərin realizasiyası çərçivəsində Mərkəzi Bank il ərzində öz siyasətinə çevik korreksiyalar etməklə makroiqtisadi və maliyyə sabitliyini qorumuş, habelə iqtisadi artıma zəruri dəstək verib.
Mərkəzi Bank 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərini də açıqlayıb. Bəyanatda qeyd olunur ki, Mərkəzi Bankın 2011-ci il və strateji dövr üçün fəaliyyətinin əsas istiqamətləri son qlobal meyllərə və milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına əsaslanır. Pul siyasətinin başlıca hədəfini makroiqtisadi sabitliyin təmin olunması təşkil edəcək. Bank sektorunda maliyyə sabitliyinin təmin olunması Mərkəzi Bankın digər hədəfi olacaq. Bu hədəflərə nail olmaq üçün Mərkəzi Bank pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşməsini həyata keçirəcək. Həmçinin makroiqtisadi koordinasiyanın daha da güclənməsinə və bank sektorunun maliyyə dərinliyinin artırılmasına zəruri dəstək veriləcək.
Bəyanatda qeyd olunur ki, 2011-ci ildə dünya iqtisadiyyatının artımı proqnozlaşdırılsa da, bu artımın qeyri-sabitliyin və əhəmiyyətli risklərin tam aradan qalxmaması fonunda baş verəcəyi gözlənilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə 2011-ci ildə qlobal artımın 2010-cu illə müqayisədə 0.8 faiz bəndi az olacağı (4.2 faiz) gözlənilir. Ərzaq istehsalının azalması ilə bağlı dünyada inflyasiyanın güclənməsi gözləntiləri yaranıb: “Dünya iqtisadiyyatının tarazsızlığı, bununla bağlı yaranmış qeyri-müəyyənliklər qlobal tələbin, əmtəə bazarlarının və maliyyə axınlarının qeyri-sabitliyini artırır. Fiskal konsolidasiya planlarının reallaşması və maliyyə sektorunda risklərin qalması şəraitində qısamüddətli dövrdə işsizlik probleminin hələ də qalacağı gözlənilir. Bu şəraitdə beynəlxalq institutlar xarici ticarətdə defisitli ölkələrlə profisitli ölkələr arasında tarazlaşmanın qlobal sabitlik üçün önəmli amil olacağı qənaətindədirlər”.
Mərkəzi Bank bəyan edir ki, gələn il bank sisteminin stabil və təhlükəsiz inkişafının təmin edilməsi üçün tənzimlənmə və prudensial nəzarət çərçivəsinin yeni qlobal çağırışlara adaptasiyası davam etdiriləcək. Banklarda kapital, likvidlik və kredit risklərinin təhlükəsiz həddə idarə edilməsi üçün müvafiq tədbirlər diqqətdə saxlanılacaq. Bank sektorunun restrukturizasiyası və dövlətsizləşdirilməsi, sektorda rəqabətin stimullaşdırılması əsas prioritetlərindən biri olacaq.
Bundan başqa, 2011-ci ildə illik (12 aylıq) inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması və inflyasiyanın yüksək volatilliyinin qarşısının alınması da başlıca hədəflərdən hesab olunur.
Elxan SALAHOV

639