Avtomobillərlə beynəlxalq sərnişin və yük daşımaları qaydaları dəyişir
”APA-ECONOMICS”in məlumatına görə, bu dəyişikliklər Nazirlər Kabinetinin «Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında» qərarında nəzərdə tutulub.
Qərara əsasən, Azərbaycanda 2010-cu il 16 iyun tarixindən sonra dövlət qeydiyyatına alınmış, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan avtobuslar, habelə tam kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri 2011-ci il 1 yanvar tarixindən etibarən rəqəmsal taxoqraflarla təchiz edilməlidir.
Bununla əlaqədar olaraq qərarda "Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qayda", eləcə də, taxoqrafların quraşdırılması və onlara xidmət üçün xidmət mərkəzlərinin fəaliyyəti qaydaları da təsdiqlənib. Qeyd edək ki, rəqəmsal taxoqraf – avtomobildə quraşdırılan və avtomatik rejimdə avtomobilin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçən və ya qeydə alan cihazdır. Rəqəmsal taxoqraf kartı isə sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanmasını təmin edən inteqral mikrosxemli kartdır.
Qaydalara əsasən, hər bir taxoqrafı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş və Nəqliyyat Nazirliyində registrdə qeydiyyata alınmış, müvafiq attestata malik olan xidmət mərkəzləri (servis emalatxanaları) yoxlamalıdır. Taxoqraf sıradan çıxdıqda, sürücü dərhal avtonəqliyyat vasitəsinin sahibinə bu barədə məlumat verir, iş və istirahət rejiminə dair məlumatları isə əlyazma üsulu ilə xüsusi qrafiki təsvirlərdən istifadə etməklə, qeydiyyat kitabında aparır.
Qərarda "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar"ı da təsdiqlənib. Bu qaydalar Azərbaycan ərazisində beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən həm xarici, həm də yerli avtomobillərinin sürücülərinə aiddir, onların bu qaydalara necə əməl etməsinə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşları tərəfindən nəzarət ediləcək.
Beləliklə, beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin gün ərzində idarə edilməsi vaxtı 9 saatdan artıq olmamalıdır. Həftə ərzində bu vaxt iki dəfədən çox olmayaraq 10 saatadək uzadıla bilər; avtonəqliyyat vasitəsinin bir həftə ərzində idarə olunması vaxtı 56 saatdan artıq olmamalıdır və s. Qaydalara əsasən avtonəqliyyat vasitəsini 4,5 saat ərzində idarə etdikdən sonra, sürücü minimum arasıkəsilmədən 45 dəqiqəlik fasilə etməlidir. Həmin 45 dəqiqəlik fasilə avtonəqliyyat vasitəsinin 4,5 saat ərzində idarə olunması vaxtı ərzində bölüşdürülərək, ardıcıl olaraq 30 dəqiqəlik və 15 dəqiqəlik fasilələrlə də əvəz oluna bilər; fasilə ərzində sürücü hər hansı digər işlə məşğul olmamalıdır.
Qərara əsasən, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına dövlət nəzarəti Nəqliyyat Nazirliyi həyata keçirəcək. Bu avtomobillərin sürət həddi ilə əlaqədar yoxlamaları isə Daxili İşlər Nazirliyi həyata keçirir.
Özü də nəzarət tədbirləri yalnız xüsusi yol nişanları ilə işarələnmiş stasionar nəzarət postlarında (məntəqələrində) əvvəlcədən müəyyən edilmiş plan və qrafikə əsasən Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilir.
Qaydalara əsasən, Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitəsində taxoqrafdan istifadə qaydaları pozulduqda, həmin avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisi ilə sonrakı hərəkətinə yalnız həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yol verilir.
Qaydaları pozan xarici şirkətin sürücüsü olsa, Nəqliyyat Nazirliyi həmin sürücünün yaşayış yeri üzrə və ya işlədiyi müəssisənin yerləşdiyi ölkənin səlahiyyətli orqanına rəsmi məlumat verir. Qaydaları yerli şirkətin sürücüsü pozduqda isə avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişin daşımaları üçün həmin daşıyıcıya verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsi Nəqliyyat Nazirliyi tərəfindən dayandırıla bilər.

1597