Azərbaycanın ən uzun körpüsü istifadəyə verildi - FOTO
Şin çayı üzərində inşa olunan Şəki və Qax rayonlarını birləşdirən körpü istifadəyə verilib. Şəkinin İnçə kəndi ərazisində inşa olunan bu yolötürücü Azərbaycanın ən uzun körpüsüdür.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ümumi uzunluğu 1300, eni 13 metr olan körpü Şəkinin 21 kəndini əhatə edir. Körpünün açılış mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Milli Məclisin deputatları da iştirak ediblər. Son illər yol infrastrukturunun, eləcə də ölkənin əsas magistral yollarının yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışan Ziya Məmmədov deyib ki, son 3 ildə bu sahəyə həm Azərbaycanın dövlət büdcəsi, həm də beynəlxalq təşkilatların krediti hesabına 3 milyard manatdan artıq vəsait cəlb olunub: “Bunun nəticəsində həm Bakı şəhərində müxtəlif səviyyəli körpülər, yol qovşaqları, tunellər inşa edilib, dünya standartlarına uyğun yeni yollar salınıb, həm də rayonların yol-nəqliyyat infrastrukturu xeyli yaxşılaşıb”.
Nəqliyyat Nazirliyində deyirlər ki, yeni istifadəyə verilən körpü Şəkinin 21 kəndini əhatə etməklə, ərazidə yaşayan 34 mindən artıq əhaliyə xidmət göstərəcək. “Körpü-Bina-Tikinti” MMC-nin 2007-ci ildə inşasına başladığı yol qovşağı 6 körpü və 5 suötürücüdən ibarətdir. Körpünün mühafizə qurğularının uzunluğu 1240 metrdir.
Elxan SALAHOV

Oxşar yazılar

Qəhvəyi yumurtaların satışı dayandırılır - SƏBƏB
3 may 2025 , 08:05
ABB-nin dəstəyi ilə Azərbaycanın uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu
2 may 2025 , 16:31
Birbank Private “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü
2 may 2025 , 14:38
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon dollarlıq dəstək
1 may 2025 , 17:52
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
1 may 2025 , 16:51
Sabah Bakının iki rayonunda qaz olmayacaq
1 may 2025 , 16:35
"Azercell" “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
1 may 2025 , 15:27