17 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
06 dekabr 2010 16:49 (UTC +04:00)

17 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı, Gəncə və Mingəçevir şəhərini, eləcə də Quba, Qəbələ və Tovuz rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 17 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Nəsimi rayonunda:

- R.Cəbiyev küçəsi, ev 5, mənzil 1 ünvanında yerləşən "Anar market"də;
- H.Seyidzadə küçəsi, ev 21, mənzil 1 ünvanındakı "Ordubad market"də;
- H.Seyidzadə küçəsi, ev 16 A, mənzil 46 ünvanında yerləşən "Urfan market"də;
- Ə.B.Topçubaşov küçəsi, ev 21 ünvanında Elnur Haqverdiyevə məxsus mağazada;

Binəqədi rayonunda
- 9A mikrorayonu, Pişəvəri küçəsində Fəxrəddin Ələkbərova məxsus mağazada;
- 2-ci mədən küçəsi, 94 saylı korpusda yerləşən "Rəşad market"də;
- Novxanı və Balaxanı şosselərinin kəsişməsindəki "Nicat" ticarət mərkəzində Tünzalə Şirinovaya məxsus mağazada;
- Gülüstan küçəsi, 1, döngə 10 ünvanında yerləşən "Rəvan market"də;
- Nərimanov küçəsi, ev 81 ünvanındakı "Fərid market"də;
- Gülüstan küçəsi, döngə 8, ev 2 ünvanında yerləşən "Gülüstan market"də;

Nərimanov rayonunda
- Təbriz küçəsi, 56, mənzil 17 ünvanında Mahir Hümmətova məxsus mağazada;

Mingəçevir şəhərində
- Təbriz küçəsində Fazil Əhmədova məxsus mağazada;

Tovuz rayonunda
- Qovlar qəsəbəsi, Vağzal küçəsində Nizami Nuriyevə və Tariyel Quliyevə məxsus mağazalarda;

Qəbələ şəhərində

- İ.B.Qutqaşınlı küçəsində Nizami Kazımova məxsus mağzada;

Quba rayonunda
- Vladimirovka kəndində Saleh İsayevə məxsus mağazada;

Gəncə şəhərində
- Nizami küçəsi, 01 ünvanında Turqay Məhərrəmova məxsus mağazada;
- Nizami küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində Müşfiq Əliyevə məxsus mağazada.

Monitorinq zamanı ümumi çəkisi 380 kiloqramdan çox olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884

Oxşar yazılar