Yeyinti məhsullarına nəzarət laboratoriyası işə düşdü
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət üzrə yeni laboratoriya istifadəyə verilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, laboratoriyada ət və ət məhsulları, balıq, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar və digər yeyinti məsulları fiziki-kimyəvi, bioloji və toksikoloji göstəriciləri təyin ediləcək. Artıq bunun üçün laboratoriyada hər cür şərait yaradılıb. Belə ki, burada dünyanın tanınmış "Varian", "Simens", "Labart", "Orka Food", "Esco Biotech", "Şmartze" kimi şirkətlərinin istehsalı olan ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Həmin avadanlıqlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan keçirilib.
Hazırda laboratoriyanın beynəlxalq İSO 17025 standartı üzrə akkreditasiyadan keçirilməsi istiqamətində tədbirlər görülür.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09