Bir ayda 1500-ə yaxın vergi ödəyicisi pozuntuya yol verib
2010-cu ilin noyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə keçirilmiş operativ nəzarət tədbirləri zamanı 1492 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1003 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 68 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 224 vergi ödəyicisi aşkar olunub, 166 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olması faktları üzə çıxıb. Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 136 vergi ödəyicisində 139 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 60 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkarlanıb.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 62 vergi ödəyicisində 3967.3 manat dəyərində 1163 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar tapılıb.

Oxşar yazılar
Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34
POS-terminalı olmayan obyektləri hansı cəza gözləyir? – CAVAB
15 may 2025 , 13:02
Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44