Ötən ay qiymətlər 1,8 faiz bahalaşıb
Dövlət Statistika Komitəsi noyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi indeksi üzrə statistik rəqəmləri açıqlayıb. Komitədən Lent.az-a verilən məlumata görə, ötən ay Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayı ilə müqayisədə 1,8 faiz bahalaşıb. Ay ərzində ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,9 faiz artıb.
Noyabrda ərzaq məhsullarından düyünün, buğda ununun, manna və qarabaşaq yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, bananın, armudun, heyvanın, narın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşıb.
Bahalaşma ilə yanaşı ötən ay bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub. Bu, əsasən təzə balığın, limonun, portağal və naringinin, almanın, xurmanın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınıb.
Payız mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib. Bundan başqa, ay ərzində inşaat materiallarından yağlı və sulu boyaların, divar üçün kağızların, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac yonqar lövhələrin, kərpicin, sementin, mebellərdən mətbəx üçün mebelin, yataq və qonaq otaqları üçün mebel dəstinin, yumşaq mebel dəstinin, məişət avadanlıqlarından qızdırıcıların, tozsoranların qiymətləri bahalaşıb. Bahalaşma ilə yanaşı noyabr ayında pambıq, ipək və trikotin parçaların, qadın üçün yay yubkasının, donun, qısaqol köynəklərin, inşaat materiallarından nitro boyaların, ağac lifli lövhələrin, vannaların, laminat parketin, məişət cihazlarından soyuducuların, paltaryuyan maşınların qiymətləri ucuzlaşıb.
Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
Elxan SALAHOV

760