11 ay üzrə qaz hesabatı açıqlandı
03 dekabr 2010 18:30 (UTC +04:00)

11 ay üzrə qaz hesabatı açıqlandı

ARDNŞ 2010-cu ilin noyabr ayı ərzində ölkənin təbii qaz təchizatı sisteminə 1 milyard 175 milyon 155 min kubmetr “mavi yanacaq” verib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ay ərzində yeraltı qaz anbarlarına 260 milyon 505 min kubmetr “mavi yanacaq” vurulub, 4 milyon 559 min kubmetr götürülüb.

Bununla da noyabr ayı ərzində 919 milyon 209 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 818 milyon 507 min kubmetr təbii qaz verilib, Gürcüstana 21 milyon 966 min kubmetr, Rusiyaya 60 milyon 797 min kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 17 milyon 939 min kubmetr “mavi yanacaq” ötürülüb.

ARDNŞ bu ilin 11 ayında da Azərbaycan Respublikasının yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Yanvar-noyabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 10 milyard 599 milyon 438 min kubmetr “mavi yanacaq” verib. B, proqnozdan 1 milyard 182 milyon 938 min kubmetr çoxdur. Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracı ilə əlaqəli bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək məqsədi ilə yeraltı qaz anbarlarından əlavə olaraq 643 milyon 239 min kubmetr “mavi yanacaq” götürülüb. Bununla yanaşı yeraltı qaz anbarlarına əlavə olaraq 1 milyard 901 milyon 003 min kubmetr qaz vurulub. Beləliklə, 2010-cu ilin yanvar-noyabr ayları ərzində 9 milyard 341 milyon 674 min kubmetr qaz istifadə olunub.

Bu həcmdən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 7 milyard 990 milyon 165 min kubmetr təbii qaz verilib, Gürcüstana 300 milyon 430 min kubmetr, Rusiyaya 759 milyon 434 min kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 291 milyon 645 min kubmetr “mavi yanacaq” ötürülüb. ARDNŞ tərəfindən “Azəriqaz” İB-nin qaz-nəql sistemində və “Azneft” İB-nin Qaz anbarlarının istismarı İdarəsinin kompressor təsərrüfatında yerinə yetirilmiş texniki işlər nəticəsində qazvurma mövsümünün əvvəlindən 1 dekabr 2010-cu il tarixinədək yeraltı qaz anbarlarında 3 milyard 27 milyon 842 min kubmetr qaz tədarük edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar