Ucarda sahibkarlara 400 min manat kredit verilib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirin rəsmi hissəsindən əvvəl "Ucar-Broyler" MMC-nin fəaliyyətinə baxış təşkil olunub. Daha sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb. Ucar və ətraf rayonlarda fəaliyyət göstərən 150-dək sahibkarın iştirak etdiyi tədbirdə Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Əbil Mehtiyev də çıxış edib. O, son illər regionların sürətlə inkişaf etdiyini, regionda məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev rəhbərlik etdiyi qurumun güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələrdən danışıb. İcraçı direktor deyib ki, fond 2010-cu ilin ötən dövründə 1303 sahibkara 100,3 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 4900-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ucar və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 400 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24