Məişət tullantılarını necə idarə etməli?
Sumqayıtda məişət tullantılarının idarə edilməsi üzrə yeni konsepsiya hazırlanacaq.
Lent.az-ın məlumatına görə, bu barədə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti ilə görüşündə deyib. İcra hakimiyyətindən bildiriblər ki, görüşdə əsas müzakirə mövzusu məişət tullantılarının idarəçiliyi və bu sahənin gələcək inkişaf perspektivləri olub. Vaqif Əliyev Sumqayıt-Lüdviqshafen tərəfdaşlığında kommunal təsərrüfatın, o cümlədən məişət tullantıları sahəsinin önəmli yer tutduğunu, sumqayıtlı mütəxəssislərin vaxtaşırı olaraq Almaniyada bu sahədə təcrübə mübadiləsi apardıqlarını söyləyib: “Ötən günlərdə Sumqayıt şəhər Təmizlik Departamentinin rəhbəri Almaniyada olub və bu ölkənin qabaqcıl təcrübəsini öyrənib”.
İcra başçısı onu da bildirib ki, son illər Sumqayıtda məişət tullantılarının toplanması, daşınması və poliqonda zərərsizləşdirilməsi üzrə mühüm işlər görülüb. Ancaq onun fikrincə, hələ şəhərətrafı yaşayış massivlərinə xidmətin təkmilləşdirilməsinə və maddi-texniki bazanın gücləndirilməsinə ehtiyac var: “Bu mənada, biz 33 illik dostluq əlaqəsinə malik olduğumuz Lüdviqshafen şəhəri ilə əməkdaşlığın daha da genişlənməsinə ümid edirik”.
Lüdviqshafen şəhərinin kommunal təsərrüfatının direktoru Klaus Noyşvender Sumqayıta hər səfərlərində şəhərin daha abad və daha gözəl olduğunu əyani şəkildə müşahidə etdiklərini bildirib. 2003 və 2007-ci illərdə Sumqayıt şəhərində məişət tullantılarının idarə edilməsi üzrə konsepsiya hazırladıqlarını bildirən direktorun fikrincə, Təmizlik Departamenti adlı yeni struktur yaradıldığına görə konsepsiyanın da yenilənməsi vacibdir. Onun sözlərinə görə, konsepsiyada tullantılarının təkrar emalı müəssisəsinin tikintisi imkanları da öz əksini tapacaq.
Görüşün sonunda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Cənubi Qafqazda yerli idarəetmənin inkişafına dəstək” proqramında Sumqayıt və Lüdviqshafen partnyor şəhərlərinin iştirakına dair Sazişin imzalı nüsxələri Sumqayıt tərəfinə təqdim olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
8 may 2025 , 17:45"City Garden Narimanov"da premium mənzillərin təmir prosesi başa çatmaq üzrədir "Kristal Abşeron!"
8 may 2025 , 15:56
Umico kredit xətti ilə alış-verişə 50 faiz komissiya endirimi
8 may 2025 , 14:29
Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı
8 may 2025 , 09:44
“Azercell”dən bəzi tarif paketlərindən istifadə şərtlərinin dəyişməsi ilə bağlı - Açıqlama
7 may 2025 , 17:41
"Azercell"in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
7 may 2025 , 14:44