Dünya Bankının nümayəndəsi Mərkəzi Bankda olub
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə Dünya Bankı ilə Birgə İqtisadi Tədqiqatlar Proqramı (BİTP), İkinci Yüksək Səviyyəli Forumun mövzusu və formatı, Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsi planı müzakirə edilib.
Azərbaycanda icra edilən proqramların yüksələn xətlə davam etdiyini deyən Əsəd Alam təmsil etdiyi təşkilatın ölkəmizin maliyyə-bank sektorunda fəaliyyətini də yüksək qiymətləndirib. O, həmçinin bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə Dünya Bankı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. O, BİTP-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin (TİM) potensialının möhkəmləndirilməsində rolunu da xüsusi vurğulayıb.
Görüşdə Mərkəzi Bank ilə Dünya Bankı arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Oxşar yazılar

Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20