Azərbaycan-Türkiyə sərhədində gömrük yoxlamaları sürətləndiriləcək
Bu barədə APA-ya Türkiyə Gömrük Katibliyindən məlumat verilib.
Yüklərin daşınmasını sürətləndirmək, vaxtı qısaltmaq və gömrük-keçid məntəqəsində yubanmaların qarşısını almaq məqsədi ilə gömrük keçid məntəqəsində «bir yoxlama» prinsipi tətbiq olunacaq. Belə ki, bu çərçivədə Naxçıvan Muxtar Respublikası ərazisindən Türkiyəyə gedənlər Türkiyə ərazisində, Türkiyədən gələnlər isə Azərbaycan ərazisində gömrük yoxlamalarından keçəcəklər.
Qeyd edək ki, hazırda Naxçıvandan Türkiyəyə gedənlər və gələnlər hər iki tərəfdə yoxlanılır ki, bu da keçid məntəqəsində ləngimələrə səbəb olur.
Artıq bir tərəfdə yoxlamaları təşkil etmək üçün tərəflər zəruri infrastruktur yaradırlar. Bir məntəqədə yoxlamalara gələn ilin əvvəlindən start verilməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyə anoloji iş prinsipini Gürcüstanla sərhəddəki Sarp keçid məntəqəsində də tətbiq etmək niyyətindədir.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18